"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov Rusiyaya qayıdacaq.
Sportal.az xəbər verir ki, qazaxıstanlı sol cinah müdafiəçisi "Dinamo"ya keçəcək. Bu barədə "Sportzrena.kz" məlumat yayıb.
"Beşiktaş" Zaynutdinovun transferi üçün Moskva klubu ilə anlaşıb. 27 yaşlı müdafiəçi yaxın günlərdə Rusiya klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin avqust ayında ÇSKA-dan transfer edib. Qazaxıstan millsinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi