İyun ayının sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, almaniyalı vinger "Qalatasaray"la anlaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Sane İstanbul nəhənginin illik 15 milyon avroluq maaş təklifini qəbul edib. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq.
Təcrübəli oyunçu 14 iyun tarixində başlayacaq klublararası dünya çempionatında "Bavariya"nın düşərgəsində olmayacaq. Onun yaxın günlərdə Türkiyəyə gedərək "Qalatasaray"la müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi