Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.
Sportal.az xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb.
“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.
1 | Turan Tovuz | 78500 | 18 | 4361 |
2 | Neftçi | 39767 | 18 | 2209 |
3 | Sumqayıt | 33450 | 18 | 1858 |
4 | Qarabağ | 31130 | 18 | 1729 |
5 | Sabah | 23886 | 18 | 1327 |
6 | Şamaxı | 20900 | 18 | 1161 |
7 | Kəpəz | 18600 | 18 | 1033 |
8 | Zirə | 13550 | 18 | 753 |
9 | Səbail | 11550 | 18 | 642 |
10 | Araz-Naxçıvan | 4600 | 18 | 256 |
Cəmi | 275933 | 180 | 1533 |
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
saytlarin hazirlanmasi