"Liverpul"un futbolçusu La Liqaya keçməyi planlaşdırır

23:16 - 11 İyun 2025

Federiko Kyeza "Betis"ə keçidlə maraqlanır.

Sportal.az xəbər verir ki, "El Correo de Andalucía" nəşrinin məlumatına görə, yarımmüdafiəçi "Liverpul"u tərk etmək istəyir və La Liqaya keçid planlaşdırır. O, "Betis"i mümkün yeni klub kimi nəzərdən keçirir.

Kyezanın ətrafı "Betis"in ekosistemini və klubun bu səviyyəli futbolçulara meydanda özlərini göstərmək üçün verdiyi imkanları yüksək qiymətləndirir. İnanılır ki, ispaniyalı klub Kyeza üçün karyerasını yenidən başlatmaq baxımından ideal mühit ola bilər.

Hələlik rəsmi təklif yoxdur, lakin Federiko "Liverpul"da keçirdiyi bir mövsümdən sonra komandanı tərk etməyə və "Betis"in mövqeyini öyrənməyə açıqdır. Bununla belə, əvvəlcə oyunçu ilə və iki klub arasında danışıqlar baş tutmalıdır.

Qeyd edək ki, Kyeza ötən mövsüm "Liverpul"un heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti