“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov Cənubi Afrika Respublikasının (CAR) “Stellenbos” klubuna keçir.
Sportal.az "Teleqraf"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin Afrika təmsilçisi ilə müqavilə müddəti 3+2 illikdir.
Tərəflər arasında yekun razılıq əldə olunub, tezliklə rəsmi müqavilə imzalanacaq.
“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub. Manafova Rumınıyadan da təklif gəlib, lakin şərtləri o qədər də ürəkkaçan olmayıb. Qeyd edək ki, “Neftçi”nin yetirməsi 2024/2025 mövsümünü “Kəpəz”də keçirib.
saytlarin hazirlanmasi