"Arsenal"ı tərk etdi, ölkəsinə qayıdır

23:31 - 10 İyun 2025

Kiran Tirni "Seltik"ə qayıdıb.

Sportal.az xəbər verir ki, müdafiəçi "Arsenal"dan azad agent kimi ayrılıb və Şotlandiya klubu ilə 2030-cu ilə qədər müqavilə bağlayıb.

Tirni "Seltik"in yetirməsidir və 2019-cu ilə qədər bu komandada oynayıb. Bu mövsüm o, Premyer Liqada 13 oyun keçirib və bir qol vurub.

Xəbər xətti