Fransa millisinin sabiq üzvü Dmitri Payet Türkiyədə çıxış edə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi “Kocaelispor”un maraq dairəsindədir. 16 ildən sonra Türkiyə Superliqasına geri qayıdan İzmit təmsilçisi “Vasko da Qama”dan yeni ayrılan futbolçunun agenti ilə danışıqlar aparır.
Payet özü də, Türkiyədə oynamağa müsbət yanaşır. Lakin tərəflər arasında maliyyə məsələlərində hələ ki konkret razılıq əldə edilməyib.
“Nant”, “Sent-Etyen”, “Lill”, “Marsel”, “Vest Hem” klublarında oynamış təcrübəli futbolçu 2023-cü ildən “Vasko da Qama”ya keçmişdi.