"Sumqayıt" 20 yaşlı futbolçu transfer etdi - RƏSMİ

18:18 - 31 İyul 2025

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı oyunçu "Sumqayıt"da "25" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.


Xəbər xətti