Millimizin müdafiəçisi "Beşiktaş"da - RƏSMİ

19:37 - 30 İyul 2025

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Yeliz Acarın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Beşiktaş"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Yeliz Acarın son klubu "Fatih Vatan" olub. O, 2014-2016-cı illərdə də "Beşiktaş"da çıxış edib.

Xəbər xətti