"Real" 21 yaşlı futbolçusunu icarəyə verdi

00:53 - 30 İyul 2025

"Real" Mario Martini "Xetafe"yə icarəyə verib.

Sportal.az xəbər verir ki, 21 yaşlı dayaq yarımmüdafiəçisi ötən La Liqa mövsümünü 13-cü pillədə başa vurmuş komandaya icarə əsasında qoşulub. Müqavilədə satınalma imkanı da nəzərdə tutulub.

Martin ötən mövsümü "Valyadolid"də keçirib və La Liqa 2-də 30 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.


Xəbər xətti