"Neftçi" növbəti transferi reallaşdırıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Lüksemburq millisinin futbolçusu Alessio Kurçini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi