"Neftçi"nin yeni hücumçusu komandaya qoşuldu - FOTOLAR

17:20 - 30 İyul 2025

“Neftçi” Polşa təlim-məşq toplanışını davam etdirir.

Sportal.az xəbər verir ki, Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” toplanışın 16-cı günündə səhər məşqinə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində yeni transfer – hücumçu Alessio Kurçi də iştirak edib.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Sonuncu oyun avqustun 1-də Kiprin AEL klubuna qarşı keçiriləcək.


Xəbər xətti