"Turan Tovuz" "Qarabağ"ın sabiq forvardı ilə danışıq aparır

14:22 - 30 İyul 2025

"Qarabağ" futbol klubunun sabiq hücumçusu İbrahima Vadji yenidən Azərbaycanda çıxış edə bilər.

Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, seneqallı hücumçu bu dəfə Premyer Liqanın başqa komandasının maraq dairəsindədir.

Bu ayın əvvəlində Fransanın "Sent-Etyen" klubundan ayrılaraq azad agent statusu alan 30 yaşlı forvardı "Turan Tovuz" heyətində görmək niyyətindədir. Avrokuboklara iddia edəcək kollektiv qurmağı planlaşdıran tovuzlular qol uğurlarını məhz Vadjiyə etibar etmək istəyirlər.

Hazırda futbolçu ilə danışıq aparılır. Qeyd edək ki, İbrahima Vadji 2021/22 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Xəbər xətti