Son 40 ilin ən pis nəticəsi

15:30 - 11 Oktyabr 2026

İngiltərə Premyer Liqasının 6-cı turunun matçında "Mançester Yunayted" "Tottenhem"i məğlub edə bilməyib (1:1).

Sportal.az xəbər verir ki, bununla da "qırmızı şeytanlar" İngiltərə çempionatında son 40 ilin ən pis startına imza atıblar.

MY ​6 turdan sonra hesabına 6 xal yazdırıb və Premyer Liqanın turnir cədvəlində 12-ci yeri tutur.

"Mançester Yunayted"in 6 oyundan sonra bundan daha az xal topladığı sonuncu dəfə 1986/87 mövsümü olub. Həmin vaxt onların 4 xalı var idi.

Xəbər xətti