"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Paris nəhəngi 23 yaşlı orta xətt oyunçusu üçün 70 milyon avroluq təklif göndərməyə hazırdır.
Qeyd edək ki, Pablo Barrios 2017-ci ildə "Real"ın akademiyasından "Atletiko"ya keçib. İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
