"Real" Kurtua ilə müqaviləni uzadacaq?

22:11 - 8 Oktyabr 2026

“Real" Tibo Kurtua ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Sportal.az xəbər verir ki, hazırkı müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu belçikalı futbolçuya tam etibar edir və onu hələ də dünyanın ən yaxşı qapıçısı hesab edir. Müqavilənin yaxın zamanda uzadılması planlaşdırılır.

Qeyd edək ki, 34 yaşlı Kurtua bu mövsüm La Liqada 7 matçda iştirak edib və qapısından 8 qol buraxıb.

Xəbər xətti