AFFA klub rəsmisinə töhmət verdi

17:34 - 6 Oktyabr 2026

AFFA İntizam Komitəsi Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Şahdağ Qusar" komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verib.

Sportal.az xəbər verir ki, qərar komitənin bu gün keçirilən iclasında qəbul edilib.

Şimal klubunun rəsmisi futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə töhmət alıb.

Xəbər xətti