Yığma komandamız böyük hesabla uduzdu

18:47 - 4 Oktyabr 2026

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində son matçını keçirib.

Sportal.az xəbər verir ki, yığmamız B1 qrupunun son turunda Albaniya millisinə uduzub - 2:7.

Xatırladaq ki, komandamız qrupda daha əvvəl İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə məğlub olub.

Xəbər xətti