Premyer Liqada ayın ən yaxşı futbolçusu seçildi

15:59 - 2 Oktyabr 2026

“Brayton”un yarımmüdafiəçisi Paskal Qross Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib. 

Sportal.az xəbər verir ki, 35 yaşlı alman futbolçu ilk dəfə bu mükafata sahib çıxıb.

O, ötən ay iki qol vurub və üç məhsuldar ötürmə edib.

35 yaşlı futbolçunun "Brayton"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti