"Mançester Yunayted"in sabiq müdafiəçisi "Porto"da - azad agent kimi

22:50 - 30 Sentyabr 2026

“Porto” Kris Smollinqin transferini tamamlamaq üzrədir.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Portuqaliya klubuna azad agent kimi qoşulacaq. Hazırda 36 yaşlı futbolçu tibbi müayinədən keçir.

Xatırladaq ki, Smollinq son iki mövsümü Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubunda keçirib.

Xəbər xətti