"Mançester Yunayted" Benyamin Şeşko ilə rəqabət aparmaq üçüün heyətə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Kristal Pelas"da çıxış edən Jan-Filip Matetadır. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
"Qırmızı şeytanlar" fransalı forvardı yanvarda ttransfer etməyə çalışacaqlar.
Qeyd edək ki, Jan-Filip Mateta cari mövsümdə "Kristal Pelas"ın heyətində 1 rəsmi matçda meydana çıxıb. 29 yaşlı futbolçunun London klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
