Litva millisinin futbolçusu Armandas Kuçis Kaunasda keçirilən D2 Qrup Millətlər Liqasının Azərbaycana (1:1) qarşı keçirilmiş görüşlə bağlı danışıb.
Sportal.az xəbər verir ki, millimizlə görüşdə komandasının yeganə qolunu vuran forvard millimizin məğlubedilməz olmadığını bildirib:
"Çətin oyun oldu, çox mübarizə getdi. Bəlkə də o qədər də möhtəşəm oyun deyildi. Azarkeşlərə qələbə hədiyyə etmək istəyirdik. Hədəfimiz də elə bu idi. Nəticədə, çox qarışıq hisslərim var. Nəsə çatışmırdı, bəlkə də bacarıq, bilmirəm. Bu, təəssüf doğurur, amma üzüləcək bir şey yoxdur. Azərbaycan, əlbəttə ki, evdə məğlub edə bilməyəcəyimiz astronomik səviyyəli bir komanda deyildi. Düşünürəm ki, səfərdə tamamilə fərqli bir oyun oynayacağıq.
Amma onların həqiqətən yaxşı oyunçuları var. Onlar qısaboylu, sürətli və texniki cəhətdən bacarıqlıdırlar, amma komanda olaraq bir çox zəif cəhətləri var. Buna görə də onları tuta biləcəyimiz sahələrdə daha sakit və ağıllı oynamalıyıq. Bu matçı təhlil edəcək, nəticə çıxaracağıq, cavab matçına hazırlaşmaq üçün hələ vaxtımız var və mən bunu səbirsizliklə gözləyirəm".
saytlarin hazirlanmasi
