MLS-in Şərq Konfransının 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "İnter Mayami" səfərdə "Kolambus Kryu"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
27 turdan sonra 46 xal toplayan "İnter Mayami" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Kolambus Kryu" isə 12-ci yerdədir.
"Kolambus Kryu" - "İnter Mayami" 2:1
Qollar: D. Martines, 28, Tiare, 90+8 - Messi, 33
