Mbappe Mişel Platiniyə çatdı

19:16 - 26 Sentyabr 2026

Kilian Mbappe Fransa millisinin kapitanı qismində vurduğu qolların sayına görə Mişel Platininin nailiyyətini təkrarlayıb.

Sportal.az xəbər verir ki, hücumçu UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçirilən matçda fərqlənərək görüşün yeganə qolunu vurub. Bu, Mbappenin Fransa milli komandasının kapitanı statusunda keçirdiyi oyunlardakı 31-ci qolu olub.

Platini də kapitan sarğısı ilə Fransa millisinin heyətində eyni sayda qol vurub. Mbappe bu göstəriciyə görə əfsanəvi hücumçu ilə bərabərləşib.

​Bundan əlavə, Mbappe 2026-cı ildə Fransa millisinin heyətində 12 qola imza atıb. Bu, onun bir təqvim ili ərzində milli komandanın heyətində vurduğu qolların sayına görə rekord nəticəsinin təkrarlanmasıdır.

Xəbər xətti