“Mançester Siti” Premyer Liqanın maliyyə feyr-pley qaydalarını pozmaqla bağlı irəli sürülən ittihamların biri istisna olmaqla hamısında təqsirli bilindikdən sonra bir sıra təzminat iddiaları ilə üzləşə bilər.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, belə bir qərar rəqib klubların hər birinə təzminat tələb etmək imkanı yarada bilər. 2024-cü ildə “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” “Mançester Siti”yə bildirmişdi ki, klub ciddi qayda pozuntularında təqsirli bilinərsə, dəymiş zərərin ödənilməsini tələb etmək hüquqlarını özlərində saxlayırlar.
Qeyd edək ki, bəzi klublar Çempionlar Liqasında iştirak edə bilməmələri də daxil olmaqla, itkilərini artıq 100 milyon funt sterlinqdən çox qiymətləndiriblər. Faizlər də nəzərə alınarsa, bu məbləğ əhəmiyyətli dərəcədə arta bilər.
saytlarin hazirlanmasi
