İngiltərəni bu ölkənin milli komandasına dəyişə bilər

19:57 - 24 Sentyabr 2026

"Kristal Pelas"ın hücumçusu Eddi Nketia milli komanda səviyyəsində İngiltərəni deyil, Qananı təmsil etmək barədə düşünür.

Sportal.az xəbər verir ki, bu barədə "Evening Standard" nəşri məlumat yayıb.

​27 yaşlı forvard Cənubi Londonun Lyuşem bölgəsində anadan olub. Lakin valideynləri qanalıdır. Məhz buna görə də onun "Qara Ulduzlar"ı təmsil etmək hüququ var.

Nketia İngiltərənin müxtəlif yaş qrupları üzrə yığma komandalarında çıxış edib. O, əsas millidəki debütünü 2023-cü ilin oktyabrında Avstraliyaya qarşı keçirilən yoldaşlıq görüşündə gerçəkləşdirib. Bu, hücumçunun İngiltərənin əsas yığmasındakı yeganə oyunu olaraq qalır.

Xəbər xətti