"Kəpəz"in futbolçuları yığma komandada

16:22 - 23 Sentyabr 2026

"Kəpəz"in iki futbolçusu – Raul İsaqov və Şahnur İsmayılov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) dəvət olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki oyunçu 24 sentyabr – 6 oktyabr aralığında Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Hazırlıq prosesi çərçivəsində yığmamız 2 yoxlama matçında qüvvəsini sınayacaq.

U-20 oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Xatırladaq ki, Raul İsaqov sentyabrın 14-dən 21-dək də sözügedən yığmanın təlim-məşq toplanışında olub.

Hazırlıq zamanı 17 yaşlı istedadlı yarımmüdafiəçimiz “Qəbələ”yə qarşı yoxlama oyununda (1:1) forma geyinib.

Xəbər xətti