"Böyük potensiala malik komandamız var" - "Şəfa"nın legioneri

12:56 - 21 Sentyabr 2026

"Şəfa"nın niderlandlı yarımmüdafiəçisi Dilan Mertens Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının 6-cı turunda "Qarabağ"a 1:0 hesablı məğlubiyyəti şərh edib.

O, "Qarabağ"a qarşı pis oynamadıqlarını söyləyib. Bununla yanaşı, Mertens "Şəfa"nın potensiallı komanda olduğunu deyib:

"Düşünmürəm ki, penalti təyin olunmalı idi. Amma belə alındı, oyunun çətin olacağını bilirdik. Çox müdafiə olunmalı, topu ələ keçirməli və təhlükə yaratmaq üçün əks-hücum etməli olduq. Bu, asan deyildi, amma düşünürəm ki, komanda olaraq yaxşı oynadıq. 

Komanda artıq bütün favoritlərlə oynayıb. Bu, asan deyil. Belə güclü komandalara qarşı xal qazanmaq üçün əlimizdən gələni etdik. Qarşıdan gələn fasilədən sonra irəliləməli və xal toplamalıyıq. Əminəm ki, digər rəqiblərimizə qarşı xal qazanacağıq. Böyük potensiala malik yeni komandamız var. Həqiqətən yüksək keyfiyyətli futbol oynaya bilən çoxlu oyunçumuz var. Sadəcə hər bir oyunçunun güclü tərəflərindən istifadə etməyə çalışmalıyıq".
 

Xəbər xətti