Niderland tarixinin bombardiri milliyə dəvət olunmadı

23:46 - 18 Sentyabr 2026

Niderland millisinin tarixində ən yaxşı bombardiri komandanın qarşıdakı oyunları üçün heyətə dəvət olunmayıb.

Sportal.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Xavi Almaniya, Serbiya və Yunanıstanla keçiriləcək oyunlar üçün Memfis Depayı heyətə daxil etməyib. Niderland millisində 55 qol vuran hücumçu 2026-cı ildə Braziliyanın yüksək liqasında və Paulista çempionatında “Korintians”ın heyətində keçirdiyi 15 oyunda cəmi 1 qol vurub.

Bununla yanaşı, Millətlər Liqasının oyunları üçün PSV-də çıxış edən vinger Ruben van Bommel dəvət alıb. O, “Barselona” və “Milan”ın sabiq yarımmüdafiəçisi Mark van Bommelin oğludur.

Xəbər xətti