"Bu kluba keçid mənim üçün düzgün seçim oldu, özümü burada çox rahat hiss edirəm" - legioner azərbaycanlı

18:17 - 18 Sentyabr 2026

İsrailin "Hapoel İroni Kiryat Şmona" klubunun formasını geyinən Rüfət Abdullazadə Sportal.az saytına açıqlama verib.

O, hazırkı komandasındakı durumundan bəhs edib: "Özümü burada çox rahat hiss edirəm. Çünki mənim üçün ən önəmli məsələ meydançada özümü rahat hiss etməyimdir. Bu şəraiti baş məşqçimiz mənim üçün yaradıb və mən də bu güvəni itirməmək üçün hər məşqdə, hər oyunda özümü daha yaxşı göstərməyə çalışıram. Düşünürəm ki, bu kluba keçid mənim üçün düzgün seçim oldu və komandaya faydalı olmaq istəyirəm".

Abdullazadə, komandasının hədəflərindən də danışıb: "Komandanın potensialına inanırıq. İsrail çempionatının səviyyəsi yüksəkdir, hər oyun çətin keçir. Əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq və irəli baxaq. Qarşıda çox oyun var və daha yaxşı nəticələr qazanmaq üçün çalışacağıq. Əsas hədəfimiz hər oyunda daha yaxşı olmaq və mümkün qədər yuxarı pillələrdə qərarlaşmaqdır. Bunun üçün hər matçda maksimumumuzu verəcəyik".

Mirbağırağa

Xəbər xətti