"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığını başa vurdu - FOTOLAR

18:18 - 17 Sentyabr 2026

“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” klubu ilə matçın hazırlığını başa vurub.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. Komandanın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.

Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17:30-da başlanacaq.


Xəbər xətti