Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, MLS təmsilçisini Kili Qonsales çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə 2028-ci ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kili Qonsalesin son iş yeri ölkəsində "Platense" klubu olub.
saytlarin hazirlanmasi
