İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, son çempion "İnter" doğma meydanda "Udineze"ni qəbul edib. Qarşılaşma Milan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "İnter" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Udineze" isə 13-cü yerdədir.
"İnter" - "Udineze" 5:3
Qollar: Karlos Avqusto, 26, Nikilo Barella, 35, Markus Türam, 57, Pio Esposito, 67, Anj-Yoan Bonni, 79 - Ceyms Abankva, 9, Yurgen Ekkelenkamp, 16, İdrissa Qeye, 90
