"Mançester Siti"nin 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddi "Mançester Yunayted"lə oyuna hazırlığından danışıb.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “şəhərlilər”in yeni transferi bu gün baş tutacaq oyunla bağlı bunları deyib:
"Bunun nə qədər vacib olduğunu bilirik. Bu derbi həm klubumuz, həm də bizim üçün ən vacib oyunlardan biridir. Qalib gəlmək, səmanı mavi etmək, “Siti”ni həqiqətən qürurlandırmaq istəyirik və ümid edirəm ki, bunu edə bilərik".
“Mançester Siti” üç turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquz xalla ikinci pillədədir. "Arsenal" isə 4 matç keçirib və 12 xalla birinci yerdədir.
saytlarin hazirlanmasi
