Millimizin oyunu üçün biletlər satışa çıxarıldı

17:07 - 11 Sentyabr 2026

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışdadır.

Sportal.az xəbər verir ki, Azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.

Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

https://kakava.lt/pirkti-bilietus/12700/27302

Xəbər xətti