"Qalatasaray"dan ayrılan Mauro İkardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Everton" argentinalı forvardı heyətinə qatmaq istəyir. Bu barədə "TYC Sports" məlumat yayıb.
Mersisayd təmsilçisi hazırda azad agent statusunda olan 33 yaşlı hücumçu ilə danışıqlara başlamağı planlaşdırır. Təcrübəli oyunçu ilə Braziliyanın "Atletiko Mineyro" klubu da maraqlanır.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
