"Liverpul"un mətbuat xidməti klubun titul sponsorunun dəyişəcəyini elan edib.
Sportal.az xəbər verir ki, gələn mövsüm Türkiyənin "Turkish Airlines" aviaşirkəti mersisayd klubunun formalarında "Standard Chartered" bankını əvəz edəcək.
"Liverpool Echo" nəşrinin məlumatına görə, yeni uzunmüddətli sazişin şərtlərinə əsasən, İngiltərə nəhəngi təxminən 348 milyon avro qazanacaq. Bu, İngiltərə Premyer Liqası tarixində rekord sponsorluq müqaviləsidir. Mersisaydlılar son 17 ildə ilk dəfədir ki, titul sponsorunu dəyişirlər.
Ölkə çempionatının cari mövsümündə "Liverpul" 3 oyun keçirib və 5 xal qazanıb. Andoni Iraolanın yetirmələri hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıblar.
saytlarin hazirlanmasi
