"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Mançester Yunayted"ə qarşı keçirəcəyi oyununun hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Villi Delajodur. Ona Ervan Finjan və Valentin Evrar kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək.
VAR hakimi almaniyalı Jerom Brizar, onun assistenti isə serbiyalı Momçilo Markoviç olacaq.
saytlarin hazirlanmasi
