"Antalyaspor" baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Türkiyə 1-ci liqasında yarışan klub Bülent Korkmazı postunda saxlamayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli məşqçinin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Bülent Korkmaz "Qalatasaray"ın əfsanəvi futbolçusu hesab edilir.
O, 2009/2010 mövsümündə "Bakı" klubunu da çalışdırıb.
saytlarin hazirlanmasi
