"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Nacional" məlumat yayıb.
London nəhənginin baş məşqçisi Xabi Alonso həmyerlisini komandasında görmək istəyir. "Çelsi" 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Fermin Lopes 2016-cı ildə "Barselona"nın akademiyasına qoşulub. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
