"Özümü çox yaxşı hiss edirəm, milliyə dəvət olunmağa hazıram" - Avropada het-trik edən azərbaycanlı

10:48 - 10 Sentyabr 2026

Kosovonun "Malişeva" klubunun üzvü Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.

Çempionatın 4-cü turunun "Qjilani" ilə görüşündə het-trik edərək komandasına 3:1 hesablı qələbə qazandıran İsgəndərli bu haqda fikirlərini bildirib.

Bununla yanaşı, İsgəndərli milli komandaya dəvət olunmaq şansından bəhs edib:

"Görüşün çox çətin keçəcəyini bilirdik. "Qjilan" yaxşı komandadır var və onların da məqsədi çempion olmaqdır. Qol vuracağımı hiss edirdim. Avrokuboklarda "Hibernian"a qarşı görüşdə zədələnmişdim. Amma tam sağalmışdım. Özümü çox yaxşı hiss edirdim. Şükür Allaha, qollarımı vurdum. Əlbəttə ki, vurduğum üç qol mənə böyük özgüvən verdi. Hətta ilk gəldiyim gündən baş məşqçimiz mənə çox güvən verir. Mənimlə çox danışır və mənə inandığını hiss etdirir. Biz də birlikdə çempion ola biləcəyimizə inanırıq. Əlbəttə, baş məşqçinin güvəni futbolçu üçün çox böyük rol oynayır.

Azərbayca milli komandasına dəvət olunacağıma çox inanıram. Yığmanın məşqçisi Vüqar Mustafayev müəllim oyunlarla bağlı mənimlə danışır, maraqlanır, mən də ona lazımi məlumatları verirəm. Əlbəttə, millidən dəvət gözləyirəm. Özümü hazırda çox yaxşı formada hiss edirəm və milli komandaya dəvət almağa hazıram".

Mirbağırağa
 

Xəbər xətti