İngiltərənin "Aston Villa" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Leon Qoretska sıradan çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Almaniyalı futbolçu komandanın məşqi zamanı dizindən zədələnib. 31 yaşlı oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Leon Qoretska "Bavariya"dan ayrıldıqdan sonra avqusutun 27-də azad agent statusu ilə "Aston Villa"ya keçib. Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində debüt etməyib.
saytlarin hazirlanmasi
