"Neftçi" də məğlub oldu

23:33 - 14 Oktyabr 2026

"Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub – 94:110.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib.

“Neftçi” ilk görüşdə Yunanıstan təmsilçisi “Mikonos”a məğlub olub – 58:78.

Xəbər xətti