"İnter"in yarımmüdafiəçisi Endi Diuf Avropanın böyük klublarının transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Barselona" və PSJ fransalı oyunçunu transfer etmək ehtimalını nəzərdən keçirir. Bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Diufu yanvarda satmağı planlaşdırmır. Klub mövsümün sonunda isə 23 yaşlı futbolçunu 50-60 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, "İnter" Endi Diufu 2025-ci ilin yayında "Renn"dən 28,5 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
