"Real"dan ayrılan Dani Karvaxalın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Xetafe" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşllı futbolçu La Liqa təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Dani Karvaxal "Real"ın yetirməsidir. İspaniya millisinin sabiq üzvü olan təcrübəli sağ cinah müdafiəçisi 2025/26 mövsümündə "kral klubu"nun heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
