"Neftçi" "Qarabağ"la oyunun hazırlığına başladı - FOTOLAR

21:23 - 12 Oktyabr 2026

“Neftçi” Misli Premyer Liqasının 8-ci turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığına start verib.

Sportal.az xəbər verir ki, “Sabah” ilə oyundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində hazırlaşıblar. Komandanın üzvləri əvvəlcə trenajor zalında, sonra isə meydançada məşq ediblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü oktyabrın 17-si saat 19:00-da başlanacaq.


Xəbər xətti