"Kəpəz"dən 300-cü qələbə

17:17 - 12 Oktyabr 2026

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib. Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn “Kəpəz” neytral meydançalarda 4 dəfə sevinib. İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır. 

Xəbər xətti