Millimizin üzvü hazırkı komandasında qalmağa üstünlük verdi - bu klubun təklifindən imtina etdi

12:27 - 9 Oktyabr 2026

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin Türkiyənin "Batman Petrolspor" klubundan təklif alması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı futbolçu hazırkı komandası olan "Malışeva"da qalmağa üstünlük verib.

Ona görə də ən azından yaya qədər komandasını dəyişmək istəməyən İsgəndərli ona gələn təklifləri geri çevirib.

30 yaşlı futbolçu hazırda Kosovo klubunun əsas üzvlərindən hesab edilir.

Xəbər xətti