"Yuventus" 18 yaşlı futbolçunu qışda heyətinə qatmağı planlaşdırır

23:17 - 7 Oktyabr 2026

“Yuventus” “Sassuolo”nun futbolçusu Darril Bakolanı transfer etmək istəyir.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 18 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçu Fransanın U-21 millisində çıxış edir.

Bakola ilə Premyer Liqa klubları da maraqlanır. Buna görə “Yuventus” transferi artıq yanvar ayında və ya ən gec 2027-ci ilin yayında reallaşdırmaq istəyir.

Bakolanın transferi təxminən 30 milyon avroya başa gələ bilər. Həmçinin “Yuventus” futbolçularından birinin transfer razılaşmasına daxil edilməsi də mümkündür.

Xəbər xətti