U-21 millimiz Cəbəllütariqi məğlub etdi - YENİLƏNİB

19:35 - 6 Oktyabr 2026

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 10-cu tur oyununa çıxıb.

Sportal.az xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlib.

"Bank Respublika Arena”da keçirilmiş görüşdə Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv rəqibini məğlub edə bilib.

Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla 5-cidir.

Azərbaycan(U-21) - Cəbəllütariq 3:0 (U-21)
Qollar
: Nihad Əhmədzadə 8, Ağadadaş Salyanski 43, 51

Xəbər xətti